Azərbaycanlılar batan gəmidə

Batan balıqçı gəmisinin 15 nəfərindən ümumiyyətlə xəbər yoxdur

Oxot dənizində batan Rusiyaya məxsus gəmidə azərbaycanlılar da olub.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, gəmidə ümumilkdə 132 nəfər olub.Onlardan 78-i rus, 54 isə əcnəbidir. 54 nəfər dünyasını dəyişib. Xilasedilənlərdən bəzilərinin vəziyyəti çox ağırdır. 15 nəfərin isə taleyindən ümumiyyətlə xəbər yoxdur. 26 ekipaj üzvünün Saxalindən olduğu bildirilir. Bundan başqa gəmidə Kamçatka, Stavropol və Azərbaycandan olan şəxslər də olub.Qeyd edək ki, Oxot dənizində batan "Dalniy Vostok" adlı balıq ovlayanların gəmi 104 metr uzunluqda, 16 metr enində olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31