Bakıda gəmi yandı

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İlkin İzzət/

Qaradağ rayonunda gəmidə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda kəsilməkdə olan ümumi sahəsi 3000 kv.m gəminin göyərtəsi, gəminin idarəetmə otağı və kayutaların yanar konstruksiyaları 300 kv.m sahədə yanıb.

Gəminin qalan hissəsi və yaxınlıqdakı digər gəmilər yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31