Heydər Əliyev Mərkəzinin qarşısındakı bağlı yollar açılır VIDEO
26 Mart 2015 15:46 Problem
"Bayram günlərində təmiri sürətlə davam etdirilən Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə çıxışının yaxın saatlarda açılması gözlənilir".
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibiPünhan Mürsəliyev deyib.
Onun sözlərinə göə, dönmə əməliyyatı üçün nəzərdə tutulan hissə və həmin ərazidən Heydər Əliyev prospektinə çıxışda son tamamlanma işləri başa çatmaq üzrədir: "Heydər Əliyev Mərkəzinin qarşısından Yusif Səfərov küçəsinə çıxışda isə işlərin axşam saatlarında başa çatdırılması planlaşdırılır".
Milli.Az
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31