Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsindən 6-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb.
 
Elektrik kabellərinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb.

Milli.Az
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31