Erməni general bizi hədələdi

Arkadi Ter-Tadevosyan 90-ci illərin əvvəli ilə XXI əsri səhv salıb

"Əgər Qarabağa 100 mərmi düşəcəksə, onda bu, Azərbaycana düşmüş 10 mərmidən daha az effektiv olacaq. Çünki, Azərbaycanın ərazisində iri neft və qaz kəmərləri var və boru xətləri təhdid altında qala bilər. Azərbaycan bütün bunları itirə bilər". 

ANS PRESS-in məlumatına görə, bunu Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadi Ter-Tadevosyan deyib.

O, Ermənistanda son yaranan ajiotajı nəzərə alaraq belə populist açıqlama vermək qərarına gəlib. Ter-Tadevosyanın erməni publikasına hesablanmış bu açıqlamaları təşvişə düşmüş cəmiyyəti təsəlli etməkdən başqa bir şey deyil. Erməni əsgərlərin ağ bayraqla Azərbaycan tərəfinə sığındığını unudan Qarabağ müharibəsi iştirakçısı ordunun güclü olduğunu iddia edib. 

Azərbaycan Ordusuna ayrılan illik vəsaitin Ermənistanın ümumi dövlət büdcəsindən artıq olduğunu nəzərə alsaq iki ölkə ordusu arasındakı böyük fərqi görmək çətin olmaz. Ancaq erməni generallarının bunu anlaması çox çətindir. Çünki erməni generalitet çoxdan reallıq hissini itirib. Onlar anlamaq istəmirlər ki, indi Azərbaycanın silahsız olduğu 90-cı illərin əvvəli deyil. Azərbaycanın hər an torpaqlarını azad etməyə qadir güclü ordusu var.

 

Mənbə
ANS PRESS
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31