Erməni hərbçi könüllü Azərbaycan tərəfə keçib
23 Mart 2015 10:24 ProblemErməni silahlı bölmələrinin hərbçisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək ordumuza təslim olub.APA-nın "news.am" saytına istinadın verdiyi məlumata görə, hadisə martın 22-də saat 13.50 radələrində baş verib.Azərbaycan Ordusuna könüllü təslim olan şəxs 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçu Andranik Araratoviç Qriqoryandır.Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən də APA-ya məlumatı təsdiqləyiblər.Mətbuat xidmətindən bildirilib ki, bu, yəqin erməni ordusunda öz aralarında olan gərginlik, qorxu hissi və panika ilə bağlıdır.Rəsmi məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31