Şəhid ailələrinin sosial problemləri öyrəniləcək

Nəzakət Həsənova: “Layihə çərçivəsində Bakı ilə yanaşı İsmayıllı rayonu və Quba şəhərində olan şəhid ailələri arasında sosioloji sorğular keçiriləcək”

Şəhid ailələrinə maddi və mənəvi dəstək"  İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şəhid Ailələrinin Sosial Problemlərinin Həllinə ictimai dəstək" layihəsinin icrasına start verib. Bu məqsədlə keçirilən tədbirdə çıxış edən ŞAMMD İB-nin sədri Nəzakət Həsənova bildirib ki, sözügedən layihə 4 ay davam edəcək. Layihə çərçivəsində şəhid ailələrinin üzləşdikləri sosial problemləri müəyyən olunacaq, müəyyən olunan problemlərin həlli üçün aidiyyatı dövlət qurumlarına müraciət olunacaq: "Layihə çərçivəsində Bakı ilə yanaşı İsmayıllı rayonu və  Quba şəhərində olan şəhid ailələri arasında sosioloji sorğular keçiriləcək. Özündə qanunverici bazanı əks etdirən bukletlər çap olunacaq, eyni zamanda sosioloji sorğuların nəticələrinə dair broşuralar paylanacaq". N.Həsənova onu da bildirib ki, həyata keçirilən layihə çərçivəsində İsmayıllı rayonu və Quba şəhərində icra hakimiyyəti or¬qan¬larının, bələdiyyələrin, QHT-lərin, KİV nüma¬yən¬də¬lə¬rinin, o cümlədən geniş ictimaiyyətin iştirakı ilə  konfranslar təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31