Azərbaycan Elnur Hüseynovu “Eurovision”a göndərir- Şok iddia
20 Fevral 2015 11:10 Problem"O səs Türkiyə"nin qalibi Elnur Hüseynov Azərbaycanı bu il keçiriləcək "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək. "Qafqazinfo"nun məlumatına görə, bu haqda Türkiyənin "Posta" qəzeti məlumat yayıb. Qəzet bildirir ki, Elnur tamaşaçılardan 1 milyonun üzərində səs toplayaraq yarışmanın 4 illik tarixində rekord qırıb. Ayrıca ölkəsindən şad xəbər alıb. Daha sonra qəzet iddia edir ki, azərbaycanlı səlahiyyətlilər "O səs Türkiyə"dəki performansı ilə diqqət çəkən Elnur Hüseynovu mayda keçiriləcək "Eurovision" mahnı yarışmasına göndərməyə qərar verib".
Qeyd edək ki, Elnur Hüseynov Samir Cavadzadə ilə birlikdə 2008-ci ildə "Day after day" mahnısı ilə Azərbaycanı təmsil edib və 8-ci olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31