Güclü sel Türyançay üzərindəki körpünün 4 yerdən çökməsinə səbəb olub VIDEO

Hazırda nəqliyyat vasitələri alternativ olaraq Göyçay-Ucar-Ağdaş yolundan istifadə edirlər

Türyançayın üzərində mövcud olan dəmir konstruksiyalı digər köhnə körpünün müvəqqəti təmir edilərək avtomobillərin hərəkətinin bərpası üçün iş aparılır. İntensiv yağışlardan sonra Yevlaxda da selin vurduğu ziyan aradan qaldırılır. Qeyd edək ki, Türyançay və Çayqovuşançay çaylarına gələn güclü sel körpünü dağıdaraq yararsız hala salıb.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 245-ci kilometrliyində, Ağdaş rayonu ərazisindən keçən Türyançayın üzərindəki avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. Sel körpünün sütunlarını yuyaraq 4 yerdən çökməsinə səbəb olub. Hazırda nəqliyyat vasitələri alternativ olaraq Göyçay-Ucar-Ağdaş yolundan istifadə edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31