Qarabağda daha bir erməni əsgəri öldü

Fevralın 10-da axşam saatlarında Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdakı hərbi hissələrdən birində 1991-ci il təvəllüdlü Tiqran Simonyan ölümcül güllə yarası alıb.Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki açıqlanmır.Qeyd edək ki, Ermənistan ordusunda baş alıb gedən dərəbəylik səbəbindən belə hadisələr tez-tez baş verir. Simonyanın hərbçi yoldaşları tərəfindən güllələndiyi, yaxud özünü vurduğu istisna olunmur.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31