Bakıda "qaniçən" avia bilet satıcıları peyda olub - PROBLEM

Day.Az redaksiyasına daimi oxucu Mehman Quliyev tərəfindən məktub daxil olub. 
Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, Bakıda yaşanan avia bilet probleminə toxunulub. "Mən Belarusda yaşayıram. Bu yaxınlarda qızımı istirahət üçün Azərbaycana göndərdim. Geri qayıdanda o, təyyarə bileti ala bilmədi. Mən Bobruysk şəhərindən 2 sentyabr üçün bilet sifariş etmişdim. Burada mənə dedilər ki, orada istənilən kassaya pasport ilə yaxınlaşsın və biletini götürsün. Ona kassada birinci dedilər ki, bilet yoxdur, sonradan ikiqat qiymətə verdilər", - oxucunun məktubunda qeyd olunub.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Məhərrəm Səfərli ilə əlaqə saxlayıb. M.Səfərli deyib ki, Bakı beynəlxalq hava limanında çoxlu sayda kassa fəaliyyət göstərir.

"Bizim şirkət Minsk şəhərinə uçuş həyata keçirmir. Bu uçuşu Belarusun "Belaviya" şirkəti həyata keçirir. Həmin oxucu kassanın hansı şirkətə aid olmasını və kassirin adını dəqiqləşdirsin. Əgər kassir bizim şirkətin işçisidirsə, bununla bağlı lazımi araşdırma aparacağıq", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31