Günel nişanlısı ilə barışması xəbərindən danışdı
18 Dekabr 2014 16:17 ProblemAzəri Günel ayrıldığı nişanlısı İnanc Başəyməzlə yenidən barışması haqda yayılan xəbərlərə aydınlıq gətirib. "Qafqazinfo"nun məlumatına görə, sənətçi sosial şəbəkədə yayılan xəbərləri əsassız adlandırıb: "Çox şükür ki, qardaşımla studiyada yeni mahnılar üzərində çalışmağa başlayırıq, xeyirli olsun. Zəhmət olmasa, Bakıda xəbər hazırlayanda öz-özünüzə yazıb-biçməyin. Mənim mətbuat katibim Şahin Cavadsoyla əlaqə saxlayın, o sizə lazım olan açıqlamanı verəcək. Hər şey yolundadır, şeirlər, hekayələr yazıram. Bunu başqa yerlərə yozmayın".
Qeyd edək ki, Azəri Günel 3 il nişanlı olduğu nişanlısından ötən ay ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31