Müğənni Könül Kərimovanın villasından fotolar
17 Dekabr 2014 12:35 ProblemMüğənni Könül Kərimova həmişə rahat evinin olmasını arzuladığını deyib. Gecce.az bildirir ki, K.Kərimova bu günlərə çətinliklə gəldiyini söyləyib. Bir anlıq keçmişə qayıdan Kərimova kasıb günlərini belə xatırlayır: "Bu mənim öz evimdir. Əslində efirdə yayımlanmasını istəmirdim. Biz sənət adamları dişimizlə-dırnağımızla özümüzə ev tikdiririk. Bəzən görürsən ki, onu da başqa cür qəbul edirlər. Niyə, axı? Hər kəs bilir əvvəl Montində yaşamışam. Əslim rayondan olsa da, Bakıda yaşayan olmuşam. Kasıb ailədə böyümüşəm. Evlərimiz çox kiçik olub. Həmişə arzulamışam ki, rahat evim olsun. Demək olar ki, bütün qazancımı bu evə tökmüşəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31