Almaniyada müsəlmanlar qəbiristanlıqsız qalıb
30 Avqust 2012 17:31 ProblemAlmaniyanın Noyköln əyalətinin Kolumbiadam şəhərində müsəlmanlar yeni problemlə üzləşiblər. Belə ki, bu şəhərdə yerləşən müsəlman qəbiristanlığı bu il oktyabrın sonunda bağlanacaq. Buna səbəb qəbiristanlıq ərazisində boş yerin qalmamasıdır. "Azadinform" xəbər verir ki, Səudiyyə Ərəbistanının "assakina.com" saytının xəbərinə görə, müsəlmanlar ətrafda olan boş ərazi hesabına qəbiristanlığın genişləndirilməsi üçün Noyköln Senatına müraciət etsələr də, rədd cavabı alıblar. Bu səbəbdən şəhərdə yaşayan müsəlmanlar vəfat edənləri dəfn etmək üçün ətraf bölgələrə getməli olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31