Millət vəkili : “Fahişələrin adlarını restoran və şadlıq evlərinə pərçim edirlər”
29 Avqust 2012 18:05 Problem"Dünyanın hansı şəhərində görəsən, Bakıdakı-bütövlükdə Azərbaycandakı qədər qondarma şadlıq evləri və restoran adlarına rast gəlmək olar, mən təsəvvürümə gətirə bilmirəm". Bunu deyən millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, nikah bağlamaq, ailə qurmaq müqəddəs bir işdir və ona kölgə düşməsini ,onun adının hallanmasını da heç kim istəməz: "Amma bir baxın, Bakıda nə qədər köhnə, antik fahişələrin adına toyxanalar-restoran, şadlıq evləri var? "Afrodita", "Kleopatra", nə bilim, daha nələr... Bunların bəzilərini də bəzən azərbaycanlı olmayan, bizim dilimizi sevməyən insanlar edirlər, hansı ki, bizim millətimizi təhqir etmək istəyirlər. Açırlar şadlıq evlərini, restoranları və onlara ya dədə-babalarının adlarını, yaxud da, öz dillərində bir şey uydurub tapmayanda, itin dili olsun, qurdun dili olsun, təki azərbaycanlıların dili olmasın, qoyurlar, verirlər. Bunların da arxasında Azərbaycana və azərbaycanlılara xroniki nifrəti olan adamlar dayanır. Görünür onların içində azərbaycanlılara bir xroniki nifrət var ki, bu eybəcər adları, fahişələrin adlarını bu şadlıq evlərinə, restoranlara pərçim edirlər və bizim uşaqlarımız, övladlarımız da məcbur olub gedib orada toy edirlər. Hesab edirəm ki, bunlar təcili yığışdırılmalı , bu məsələ ilə bağlı ciddi ölçü götürülməlidir".