Timati Çeçenistanın xalq artisti oldu

Rusiyalı musiqiçi və ifaçı Timatiyə (əsl adı Timur Yunusov) Çeçenistanın xalq artisti adı verilib. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, Çeçenistan Prezidenti Ramzan Kadırov bu barədə müvafiq fərman imzalayıb. R.Kadırov sosial şəbəkələrdə bununla bağlı məlumat yayıb: "Timati məmin dostumdur. Yaradıcılığına, vətənpərvərliyinə və mövqeyinə görə ona hörmət edirəm. Timati sağlam həyat tərzi sürür. O içmir və çəkmir, idmanla məşğul olur. Milyonlarla gəncə nümunədir. Buna görə ona təşəkkür etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31