Zorlamalar azyaşlı qızları fahişəliyə sürükləyir! - Zorlananlar nə danışır - PROBLEM
28 Avqust 2012 16:01 ProblemAzyaşlı qızlara seksual zorakılıqla bağlı cinayətlərin sayı əvvəlki illərə nəzərən artıb. Dəhşətli olsa da cinsi təcavüzə məruz qalanlar arasında oğlan uşaqları da var. Ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilən zorakılıq hadisələrinin sonunda təcavüzə məruz qalanlar həmin cinayətkarlar tərəfindən öldürülür. Yaxud da, intim əlaqələr üçün hələ hazır olmayan azyaşlı uşaqların özləri dəhşətli şəkildə ölürlər.
2012-ci ilin 8 ayı ərzində Ağır Cinayətlərə Dair İşlər üzərə Məhkəmədə 30-dan çox vətəndaş zorakılıqla bağlı cinayət məsuliyyətinə cəlb olunub. Azərbaycanda şəxsiyyətin cinsi toxunulmazlığı əleyhinə olan cinayətlərə görə 15 il cəza verilir. Cinayət Məcəlləsində bununla bağlı 5 cəza növü yer alıb. Avropanın bir çox ölkələrində seksual təcavüzlə bağlı axtalama cəzası verilir. Almaniya, Fransa və Polşada cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər axtalanır. ABŞ-da isə bundan fərqli olaraq kimyəvi axtalamadan istifadə edilir. Bütün bunların məqsədi artmaqda olan belə cinayətlərin sayını azaltmaqdır. Azərbaycanda da bunun tətbiq olunması ilə bağlı Milli Məclisdə müzakirələr edilib. Lakin, millət vəkilləri tərəfindən ciddi narazılığa səbəb olub. Qanun qüvvəyə minəcəyi təqdirdə bu insan ləyaqət və şəxsiyyətinin təhqir olunması sayılacaqdı.
Adətən bu tip hadisələr gündəmə tez-tez gətirilimir. Azərbaycan mental dəyərlərini nəzərə alan təcavüzə məruz qalmış uşaqların valideyn və qohumları məsələni çox vaxt üstü bağlı saxlayır. Respublikanın dövlət və ya özəl klinik xəstəxanaları da problemləri ictimaiyyətdən məxfi saxlayırlar. Avropadan fərqli olaraq Azərbaycanda belə hadisələrdən sonra onların göstərdikləri təpkilər də birmənalı deyil. Qızların və oğlanların kiçik yaşlarında seksual zorakılığa məruz qalmaları sonradan onların həyatında bir çox problemlərə yol açır. Ailə qurmaqda çətinlik çəkən qızlar fahişəliyə əl atırlar. Səbəbi də cəmiyyət və ailə tərəfindən təqiblərə məruz qalmalarıdır. Bu tip hallarla rastlaşan valideynlər evlərini dəyişərək başqa yerlərə köçməyə məcbur olurlar.
Azyaşlı qızların hamilə qalma halları da çoxalıb. Bu barədə isə ümumiyyətlə nə mediaya, nə də ki, ictimaiyyətə heç bir söz deyilmir. Cinsi zorakılıqdan sonra hamilə olan qızlar xəstəxana, yaxud da ara həkimlər tərəfindən abort olunurlar.
Ekspertlərin rəyinə görə cinsi zorakılığa meyl edənlərin əksəriyyətini sərxoşlar, pediofiliya xəstələri və özünü ailə münasibətlərində qadınına sübut edə bilməyən kişilər təşkil edir. Pediofiliya xəstəliyinə tutulan şəxslər adətən seks partnyoru olaraq azyaşlı uşaqları seçirlər. Belələri adətən intim əlaqələr qurmaqda zorluq çəkən şəxslərdir.
"Kiçik yaşımda zorlandım və yol kənarında özümü fahişə olaraq tapdım!"
Azyaşlı uşaqların zorlanması insanlar tərəfindən birmənalı şəkildə qarşılanmır. Bunlara qarşı münasibətlər qətiyyətlə pislənir. Bununla paytaxt sakinlərinin rəyini öyrəndik.
Elçin Həmidov (qaynaqçı, 45 yaş):
"Belə hadisələr Azərbaycan adətlərinə ziddir. Qanunla belələrinə ən ağır cəza verilməlidir. Onlar barəsində hətta qanuna dəyişiklər edilməsi də pis olmazdı. Ümumiyyətlə başqasının namusuna göz tikənlər, o da qaldı ki, bu azyaşlı ola, ən pis sözlərə layiqdir!"
Niyaməddin Bayramov (jurnalist, 27 yaş):
"Qətiyyətlə pislənilən haldır. İslam dəyərlərinə, Azərbaycan mental dəyərlərinə və ölkə qanunvericiliyinə qarşıdır. Ən azından düşünə bilməyən heyvan olasan ki, anlıq zövq üçün belə iyrənc yola əl atasan!"
Adlarını gizli saxlayan bu vətəndaşlar isə başqalarından fərqli olaraq belə cinayətlərin qurbanlarıdır. Əsl adını məxfi saxlayan gənc oğlan ona Samirə deyərək müraciət etməyimizi istədi. "Samirə" (29 yaş):
"İlk dəfə qonşunun oğlu tərəfindən 15 yaşımda zorlandım. Bundan sonra ətrafdakıların mənə münasibətləri dəyişdi. Heç bir qız mənə yaxın gəlmədi. Seksual hisslərimin artdığını hiss etdikcə kişilərdən xoşum gəlməyə başladı. Ola bilsin ki, belə olmayacaqdı, lakin, yaşımın azlığında təcavüz olunmağım məni pis yola saldı!"
Nailə (31 yaş):
"14 yaşımda sevdiyim oğlan tərəfindən cinsi təcavüzə məruz qaldım. Və evdə qaldım. Getdikcə güclənən ehtiras hisslərinə uduzdum. Bundan sonra nə ailəm, nə də ki, heç kəs məni qəbul etmədi. Seçim şansım tükəndi və gecə həyatını seçdim!"
"Zümrüd" (oğlan, 37 yaş):
"Bu yola gəlməyimin əsas səbəbkarı zorlanmağım olub. O gün mənim həyatımın ən pis günü idi. Allah elələrinə ən pis cəzanı verəcək!"
Ceyla (25 yaş):
"Kiçik yaşımda zorlandım və yol kənarında özümü fahişə olaraq tapdım!"
Azərbaycanla yanaşı Rusiya, ABŞ, Almaniya, Ermənistan, Suriya, Fransa azyaşlı uşaq zorlamalarına ən çox rast gəlinən ölkələrdir. Suriyada baş verən qarşıqlıqdan istifadə edən Bəşər Əsəd rejiminin əsgərləri ucqar kəndlərdə ailələrinin gözləri önündə azyaşlı qızları zorlayırlar. Türkiyədə isə ən az bir ayda 20-30 belə hadislərlə bağlı polis bölmələrinə şikayətlər daxil olur. Qonşu ölkədə zorlanan qızların lüt şəkillərinin və videogörüntülərinin sosial şəbəkələrdə yayılması geniş vüsət alıb.
Mənsur CƏFƏROV