Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Oktyabrın 13-17 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31