29 il SONRA ŞUŞADA HAMI NİYƏ MƏNƏ BAXIRDI?! - Tehran Mənsimov ilə jurnalisti nə bağlayır?!

Riçardas Lapaitis, 1992-də Şuşada olan tək-tük xarici jurnalistlərdən biridir

Riçardas Lapaitis, 1992-də Şuşada olan tək-tük xarici jurnalistlərdən biridir. Şuşaya bu dəfəki, Şuşa azad olunandan sonrakı səfəri isə jurnalisti bir xeyli təəccübləndirib. Hamının dayanmadan niyə ona baxdığını başa düşməyən Lapaitis, nəhayət ki, bu sirri tapıb.

Məşhur azərbaycanlı müğənni görünüşü ilə GÖZ OXŞADI - FOTO

Lapaitis yazır:" Fotoda xüsusi təyinatlıların briqada bölmə rəhbəri, əziz şəhər Şuşanın azad olunması əməliyyatlarına rəhbərlik etmiş, bütün Azərbaycanın sevimlisi polkovnik Tehran Mənsimovdur. Xüsusi təyinatlıların fəaliyyət qrupu praktik olaraq düşmənin arxasına keçib. Tehranın əsgərləri Hadrut, Füzuli, Yuxarı Yaglavənd, Dikaqard, Çanaxçı, Sığnaq və başqa yaşayış məntəqələri uğrunda döyüşlərdə iştirak edib. Nəhayət ki, Şuşanı azad etmək əmri gəldi. Səhər 7 noyabrda təmizləndi. XTQ döyüşçüləri sadəcə yüngül silahlarla silahlanmışdı: sonuncu dörd ədəd qumbara atanla düşmənin iki tankını məhv etdilər. Ondan sonra əlbəyaxa döyüş başlandı. 

Mən Şuşada olanda, hərbçilər tez-tez mənə baxırdılar. Fikirləşirəm ki, bunun səbəbi nədir? Sonra bir nəfər yaxınlaşıb izah etdi ki, mən onların sevimli polkovniki Tehran Mənsimova bənzəyirəm.

Doğma şəhər Şuşanı azad edən və bununla da düşmən qüvvələri tam kapitulyasiya imzalamağa məcbur edən bütün əsgərlərin qarşısında baş əyirəm. Şuşa azadlığın, məğrurluğun və bütün Azərbaycanın çiçəklənməsinin simvolu olub, simvoludur və belə qalmağa davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31