Yeni qatarlar gələn ilin martında istifadəyə veriləcək - Rövşən Rüstəmov
12 Dekabr 2023 14:44 NəqliyyatMüqaviləyə əsasən 10 qatarın gətirilməsi nəzərdə tutulur.
Olaylar.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
R.Rüstəmov bildirib ki, onlardaın 4-ü bu ilin sonuna kimi ölkəyə gətiriləcək.
"Artıq biri Bakıdadır. 2025-ci ilin sonuna qədər də digər qatarlar da ölkəmizə təhvil veriləcək. Yeni gətirilən qatarların sınaqlardan sonra gələn ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulur", - deyə sədr əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31