İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır
18 Noyabr 2023 23:08 NəqliyyatXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Iraqi Airways" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirməyə başlayır.
Olaylar.az xəbər verir ki, 19 noyabr 2023-cü il saat 00:15-də aviadaşıyıcı Bağdaddan Bakı hava limanına ilk uçuşunu həyata keçirəcək.
"Iraqi Airways" aviaşirkətinin həftədə 5 dəfə Bağdaddan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırılır.
Dəqiq cədvəllə aviadaşıyıcının www.flyiraqiairways.com rəsmi saytında tanış ola bilərsiz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31