Bu avtobusun hərəkət sxemi dəyişdirildi
18 Noyabr 2023 11:34 Nəqliyyat53 nömrəli müntəzəm hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə Olaylar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası, son daynacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.
4 nömrəli müntəzəm marşrutunun istismarı isə "BakuBus" MMC-yə həvalə edilib.
Həmçinin marşrutun hərəkət istiqaməti dəyişdirilərək Bakı Ağ şəhər yaşayış sahəsinə yönləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31