ƏHALİNİN NƏZƏRİNƏ: Sabah Bakıda bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
8 Noyabr 2023 21:05 NəqliyyatSabah Bakıda 3 marşrut avtobusunun hərəkət sxemi dəyişdiriləcək.
Olaylar.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə və Ceyhun Səlimov küçələrinin kəsişməsində su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə noyabrın 9-u saat 10:00-dan saat 14:00-a qədər asfalt-beton örtüyü qazılaraq bərpa işləri aparılacaq.
Təmir-bərpa işləri ilə əlaqədar həmin yol sahəsindən keçən 7A, 7B, 67 və 199 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində müvafiq dəyişikliklər edilərək fəaliyyətləri alternativ küçələrlə təşkil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31