Təmirə görə bu stansiyalar arasında hərəkət qrafiki dəyişəcək

Həzi Aslanov" stansiyasında işlər mərhələli şəkildə aparılacaq.

Olaylar.az xəbər verir ki, bunu "Bakı Metropoliteni"QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, Birinci mərhələdə stansiyanın sərnişinlər üçün bağlanması gündəmdə deyil. Lakin qatarların hərəkət qrafiki dəyişdiriləcək.

"Həzi Aslanov və "Əhmədli" stansiyaları arasında məkik, yəni "Cəfər Cabbarlı-Xətai" sahəsində olduğu kimi hərəkət təşkil ediləcək. Stansiyanın bağlanması yalnız onun platforma səviyyəsi və digər infrastrukturunun təmiri zamanı ola bilər", - deyə o, əlavə edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31