Bakıdan Ağstafaya gecə qatarı ilə getmək istəyənlərin NƏZƏRİNƏ: Mümkün olacaq
4 Noyabr 2023 13:46 NəqliyyatBayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.
QSC-dan Olaylar.az-a verilən məlumata görə, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq.
Məlumata görə, 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.
Biletləri ady.az-dan və kassalardan əldə edə bilərsiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31