Metroda gediş haqqı artırılacaq? - Nazirlik
3 Noyabr 2023 13:59 NəqliyyatBakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov müsahibəsi zamanı bir sərnişinin daşınmasının 2022-ci ildə 68 qəpiyə başa gəldiyini söyləyib.
Olaylar.az bildirir ki, bundan sonra cəmiyyətdə və sosial şəbəkələrdə metroda gediş haqqının 70 qəpiyə qədər artacağı ilə bağlı iddialar səsləndirilib.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sorğumuza cavab bildirildi ki, tarifin artımı ilə bağlı məsələ müzakirə olunmur:
"Hazırda metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin artımı ilə bağlı məsələ nazirlik tərəfindən müzakirə olunmur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31