Bakı aeroportuna gedən avtobusların hərəkət qrafiki dəyişdi
3 Noyabr 2023 12:52 Nəqliyyat"BakuBus" MMC Heydər Əliyev Beynəlxalq Hava Limanına hərəkət edən ekspres avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edib.
Olaylar.az xəbər verir ki, bu barədə "BakuBus" MMC məlumat yayıb.
Bildirilib ki, "Hava limanı - "Koroğlu" metro stansiyası - "28 may" metro stansiyası" marşrutu üzrə fəaliyyət göstərən "Aeroport Express" noyabrın 1-dən etibarən 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-ə qədər fəaliyyət göstərməyə başlayıb.
İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a qədər xidmət göstərirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31