Bayram günlərində Bakı-Ağstafa istiqamətində əlavə qatar təyin olunur
2 Noyabr 2023 16:02 NəqliyyatBayram günlərində Bakıdan Ağstafaya axşam saatlarında, Ağstafadan Bakıya isə səhər saatlarında qatar təyin olunur
"OLAYLAR" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:40-da çatacaq. 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:50-də çatacaq.
Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə təşkil olunacaq. Əlavə reyslər üzrə hərəkət edən qatar həmişəki dayanacaqlardan başqa Ucar stansiyasında da dayanacaq.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:46-da Ağstafaya, əks istiqamətdə saat 17:30-da Bakıya yola düşən qatar isə saat 22:35-də mənzilbaşına çatır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31