Bu tarixlərdə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin ediləcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.

Olaylar.az ADY-yə istinadən xəbər verir ki, noyabrın 8, 9, 10, 11, 12-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Qeyd edilib ki, noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir. Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31