Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır

Oktyabrın 13-dən etibarən ADY-nin Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır. 
"OLAYLAR"-a Səhmdar Cəmiyyətdən bildirilib ki, məqaəd bu istiqamətdə olan sərnişin sıxlığını aradan qaldırmaqdır. Bu məqsədlə Bakı-Sumqayıt-Bakı marşrutu üzrə oktyabrın 13-dən etibarən "Ekspres" reyslər əlavə edir.  "Ekspres" qatarı marşrut üzrə heç bir ara stansiya və dayanacaqlarda dayanmadan birbaşa hərəkət edəcək. 
Qatarlar gün ərzində iki dəfə Bakıdan Sumqayıta, iki dəfə isə əks istiqamətə hərəkət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31