Keçən ay 631 204 sərnişin Azərbaycan Dəmir Yollarının qatarları ilə səyahət edib
10 Oktyabr 2023 13:38 Nəqliyyat2023-cü ilin sentyabr ayında 631 204 sərnişin Azərbaycan Dəmir Yollarının qatarları ilə səyahət edib.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb. Səhmdar Cəmiyyətdən bildirilib ki, bu göstərici, ötən ilin göstəricisindən 46 faiz çoxdur.
Ümumilikdə isə bu il ərzində Azərbaycan Dəmir Yolları 5 milyona yaxın sərnişinə xidmət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31