Bakıda ilk elektrik mühərrikli avtobusla sərnişin daşınır - VİDEO
27 Sentyabr 2023 19:38 NəqliyyatBakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb.
Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir.
Marşrut xətti "20-ci sahə" - "Nəriman Nərimanov" metrostansiyası istiqamətini əhatə edir.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Anar Orucov bildirib ki, nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
Onun sözlərinə görə, ölkədə elektrik avtobuslardan istifadənin genişləndirilməsi istiqamətində işlər aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31