ADY: Qatarlar qrafik üzrə hərəkət edir
4 İyul 2023 10:02 Nəqliyyat04 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən ADY-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.
Səhmdar cəmiyyətdən "OLAYLAR"a bildirilib ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməmişdir.
Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31