Yeni istifadəyə verilən Xocəsən stansiyasından FOTOREPORTAJ

Bu gün Bakı Metropoliteninin "Xocəsən" stansiyası və "Xocəsən" elektrik deposu istifadəyə verilib.

"Xocəsən" stansiyası Bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiyadır. Kompleksin ümumi sahəsi 4200 kvadratmetr, stansiya platformasının uzunluğu 144 metrdir.

Stansiya Lökbatan qəsəbəsi və "Sədərək" Ticarət Mərkəzi istiqamətindən hərəkət edən vətəndaşların nəqliyyat problemlərinin aradan qaldırılmasında mühüm rol oynayacaq.

"Xocəsən" stansiyası xəttin başlanğıcında yerləşir və qatarların sərnişinlərin tələbatına uyğun intensiv hərəkətinin təmin edilməsinə şərait yaradacaq. Həmçinin "8 Noyabr" stansiyasının arxasında dönmə kamerası yerləşdiyindən intervalın tənzimlənməsi rahat olacaq

Olaylar.az Trend-ə istinadən "Xocəsən" stansiyasında hazırlanan fotoreportajı təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31