Bakıda güclü tıxac- SİYAHI

Bakının əsas küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Bakının əsas küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Bu barədə Olaylar.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Belə ki, Bakı - Sumqayıt şossesi - (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində güclü sıxlıq müşahidə olunur.

Eləcə də Yavər Əliyev küçəsi - (aeroport şosesinə çıxan yol), Binəqədi şosesi - (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti - əsas yol - (əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, 20 Yanvar dairəsi istiqamətində) nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31