İstirahət günlərində yol qəzalarında 5 nəfər ölüb
8 Fevral 2021 11:37 NəqliyyatDaxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 35 cinayətin üstü "isti izlər"lə açılıb. DİN-in Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölübr. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31