Gəncədə AĞIR QƏZA: ana və azyaşlı övladı...
6 Fevral 2021 11:30 NəqliyyatGəncə şəhərində yol qəzası baş verib.
Hadisə Fikrət Əmirov parkı yaxınlığında qeydə alınıb.
Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Nəticədə Oğuz rayon sakini, 1980-ci il təvəllüdlü Elnarə Rəsulova və onun azyaşlı övladı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Uşağın vəziyyəti normal, qadının vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31