Daşkəsəndə maşın dərəyə aşdı: Ölən var

Daşkəsən şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yanvarın 1-də saat 04:00 radələrində qeydə alınıb.

Şəhər sakini S.Alıyev idarə etdiyi "Qazel" markalı avtomobili dərəyə aşırıb.

Nəticədə, sərnişini, həmyerlisi Nəriman Kərimov hadisə yerində ölüb.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31