Mehdiabadda "Chevrolet" hasara çırpıldı - Sürücü yerindəcə öldü

Dekabrın 27-də saat 2 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Olaylar.az xəbər verir ki, Rəvan Sadıxov idarə etdiyi şəxsi "Chevrolet" markalı avtomobili daş hasara vurub. Hadisə zamanı sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31