Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır
29 İyun 2020 18:12 NəqliyyatSərnişin sayının azalması ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, hərəkəti müvəqqəti dayandırılan Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarlarıdır.
Elektrik qatarlarının hərəkətinin müvəqqəti olaraq dayandırılması iyunun 30-dan tətbiq olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31