Metroya daxil olan sərnişinlərin hərarəti yoxlanılacaq

Metropoliten stansiyalarının girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Bakı Metropoliteni" QSC-dən daxil olub. Bildirilib ki, bununl yanaşı metroda sosial məsafənin qorunmasını  təmin etmək məqsədilə audio, vizual, statik məlumatlandırma üsullarından istifadə olunacaq,  stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31