"Skoda" Rusiyada 4,7 mindən çox avtomobili geri çağırır
"Skoda" Rusiyada 4,7 mindən çox avtomobili geri çağırır
11 Mart 2020 17:45 Nəqliyyat"Skoda"nın Rusiyadakı rəsmi nümayəndəsi 5742 Superb II modelinin geri çağırılması barədə elan edib.
Olaylar.az Day.Az-a istinadən bildirir ki, çağırılan avtomobillər sırasına 2013-2015-ci ildə istehsal olunan Superb II modelləri daxildir.
Bildirilir ki, avtomobillərin geri çağırılmasına səbəb bəzi dönmə əməliyyatları zamanı yarana biləcək problemlərdir və bort kompyuteri bu qüsur barədə sürücüyə xəbərdarlıq etmir. Geri çağırılan avtomobillərin bort kompyuterlərindəki problemin qısa zamanda aradan qaldırılması nəzərdə tutulur.
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31