Bakidan Ankaraya uçan təyyarə geri döndü

Bakıdan Ankaraya yerli vaxtla 10:35-də yola düşən "Azərbaycan Hava Yolları"nın J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib."Olaylar" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilir ki, Bakı vaxtı ilə 11:05-də təyyarə Bakının hava limanına uğurlu eniş edib. İlkin məlumata görə reys saat 12:30 qədər gecikir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31