Bu avtobusların hərəkət trayektoriyası dəyişəcək

Bu avtobusların hərəkət trayektoriyası dəyişəcək

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından, 7 marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək.

"OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, bunlar 4, 21, 30, 32, 46, 49 və 175 saylı avtobuslardır.

Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31