Qazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı
Qazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı
29 Yanvar 2020 15:32 NəqliyyatQazaxıstanın "Air Astana" aviaşirkətinin Nur-Sultan - Bakı reysi ilə uçan təyyarəsi Bakıya çatmamış Qazaxıstana geri dönməli olub.
Olaylar.az bildirir ki, bunu Trend-ə aviaşirkətdən məlumat veriblər.
Qeyd olunub ki, bu, koronavirusla əlaqəli deyil və təyyarənin geri dönməsinə texniki nasazlıq səbəb olub:
"Nur-Sultan - Bakı reysi ilə uçuş həyata keçirən təyyarə qanadın buzlanmasının qarşısının alınması sistemindəki qüsurla əlaqədar geri, Nur-Sultana qayıtmalı olub".
Şirkətdən onu da bildiriblər ki, eniş adi rejimdə baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31