Metroda yenə də nasazlıq baş verib

Metroda yenə də nasazlıq baş verib

Bu gün səhər saatlarında "Bakı Metropoliteni"nə məxsus qatarlardan birində növbəti nasazlıq baş verib. Bu barədə qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, budəfəki problem sərnişinlərlə bağlı olmayıb: "Bu gün səhər 7:35-də bir qatar "Nərimanov" stansiyasından texniki baxış məqsədilə depoya göndərilib. Qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub". B.Məmmədov bildirib ki, qatar sırf texniki baxış və sərnişinlərin təhlükədən sığortalanması üçün depoya göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31