Bu ərazidə yaşayan vətəndaşlara BÖYÜK MÜJDƏ: yeni metro stansiyası tikiləcək
Bu ərazidə yaşayan vətəndaşlara BÖYÜK MÜJDƏ: yeni metro stansiyası tikiləcək
22 Yanvar 2020 12:50 NəqliyyatBakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:
"B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31