Dayanma və durmanın qadağan olunmadığı ərazilərdə parklanma ödənişsizdir
Dayanma və durmanın qadağan olunmadığı ərazilərdə parklanma ödənişsizdir
16 Yanvar 2020 13:01 NəqliyyatVətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31