“Həzi Aslanov” stansiyasının eskalatoru əsaslı təmir olunur
“Həzi Aslanov” stansiyasının eskalatoru əsaslı təmir olunur
15 Yanvar 2020 15:43 Nəqliyyat"Həzi Aslanov" stansiyasının "ET-5M" tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. "OLAYLAR" xəbər verir ki, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.
Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.
Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır. Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31