Metro qatarlarına maşinist tələb olunur
Metro qatarlarına maşinist tələb olunur
9 Yanvar 2020 12:53 Nəqliyyat"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimi prosesinin başlandığını elan edir. Qurumdan "OLAYLAR"-a bildirilib ki, seçimdə iştirak etmək istəyən namizədin yaşı 24-30 arasında olmalıdır. Həm kişilər, həm də qadınlar seçimlə bağlı müraciət edə bilər. Bundan başqa namizədlər ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı olmalıdır. Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) vacibdir.
Seçim məntiq, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Mərhələləri uğurla keçən namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5-6 ay davam edəcək. İddiaçılar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olaraq, "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron ərizələr 31 yanvar 2020-ci il tarixinə qədər qəbul edilir.